Bank Of Baku

Azərbaycan musiqisi Berlin Filarmoniyasında səslənib

Azərbaycan musiqisi Berlin Filarmoniyasında səslənib
# 03 iyun 2011 12:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Berlin Filarmoniyasının Böyük Salonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə simfonik musiqi konserti olub. Konsert Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Neft Şirkətinin dəstəyi, Azərbaycan Milli Musiqi Şurasının, Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, konsertdən öncə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qonaqları salamlayıb. O bildirib ki, 93 il əvvəl qurulmuş, dövrünün qadınlara siyasi hüquqlar verilməsi kimi ən qabaqcıl liberal ideyalara söykənən Azərbaycan Xalq Cümhuriyyəti islam və türk dünyasında ilk dünyəvi dövlət olub.

Almaniya XİN-in dövlət naziri Kornelia Piper və Litvanın Almaniyadakı səfiri Mindauqas Butkusun çıxşlarından sonra konsert başlayıb. Dirijor Azad Əliyevin rəhbərliyi altında Litva Milli Simfonik Orkestri, solo ifaçılar Fərhad Bədəlbəyli (fortepiano) və Sergey Krılov (skripka) Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranı ifa ediblər. Bundan əlavə, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın orkestrlə fortepiano üçün konserti, Qara Qarayevin “İldırımlı yollarla” baletindən süita və fortepiano ilə orkestr üçün konserti səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR