Bank Of Baku

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Fransanın məşhur Gime muzeyinin direktorunu qəbul edib

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Fransanın məşhur Gime muzeyinin direktorunu qəbul edib
# 03 iyun 2011 13:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın məşhur Gime (Guimet) muzeyinin direktoru Jak Jiesi qəbul edib. APA-nın məlumatına görə, S. Məmmədəliyeva Gime muzeyi ilə Azərbaycan muzeyləri arasında ikitərəfli əməkdaşlığın, mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb. Jak Jies isə Azərbaycana səfərindən məmnunluq duyduğunu və burada ilk dəfə olmasına baxmayaraq, ölkə ilə tanışlıqdan böyük zövq aldığını bildirib. Sonra tərəflər mümkün qarşılıqlı əməkdaşlıq perspektivlərini, Azərbaycan sənət nümunələrinin Gime muzeyində, həmin muzeyin eksponatlarının da Azərbaycan sərgilərində nümayiş etdirilməsinin mümkünlüyünü və digər məsələləri müzakirə ediblər.

Qeyd edək ki, J. Jies iyunun 7-dək Azərbaycanda səfərdə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR