Bank Of Baku

Azərbaycan nümayəndə heyəti “Krım-2011” Beynəlxalq Kitabxana Konfransında iştirak edir – FOTO

Azərbaycan nümayəndə heyəti “Krım-2011” Beynəlxalq Kitabxana Konfransında iştirak edir – <font color=red>FOTO </font>
# 06 iyun 2011 14:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə Azərbaycan nümayəndə heyəti “Krım-2011” Beynəlxalq Kitabxana Konfransında iştirak edirlər. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətində C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Kitabxananın İctimai-Hüquqi İnformasiya şöbəsinin əməkdaşı Günay Həsənova, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Vəfa Ağamirzəyeva, Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Elmira Əliyeva, Quba rayon MKS-in direktoru Saməddin Nəsirov təmsil olunur.

Konfransda Azərbaycan kitabxanaçıları dünya kitabxanaçıları ilə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi həyata keçirir, habelə müasir dövrdə kitabxanaların avtomatlaşdırılması, kitabxana-informasiya sahəsində know-how texnologiyaları, yeni xidmət növlərindən istifadə və s. mövzularda məruzələr, müxtəlif maraqlı dəyirmi masalar, debatlar, kitab təqdimatları keçirilir.

Qeyd edək ki, bu tədbirdə iştirak Azərbaycan Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na əsasən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR