Bank Of Baku

“Sahə” bədii filmi Beynəlxalq Truskavets Kino Festivalında “Ən yaxşı operator işi” nominasiyasında mükafata layiq görülüb

“Sahə” bədii filmi Beynəlxalq Truskavets Kino Festivalında “Ən yaxşı operator işi” nominasiyasında mükafata layiq görülüb
# 07 iyun 2011 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Narimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” (The Precinct) bədii filmi “Zolotaya Pektoral” Beynəlxalq Truskavets Kino Festivalında “Ən yaxşı operator işi” nominasiyasında mükafata layiq görülüb. Kinostudiyadan APA-ya verilən məlumata görə, festival iyunun 2-5-də Ukraynanın Truskavets şəhərində keçirilib.

“Zolotaya pektoral” müasir kino festivalıdır. Bu il festivalda Kann və Berlin festivallarının nominantları olmuş filmlərlə yanaşı, Azərbaycan, Rusiya, Gürcüstan, Argentina, Kuba, Latviya, Fransa kimi ölkələrin, həmçinin Ukraynanın son vaxtlar istehsal etdiyi filmlər də iştirak edib.

“Ən yaxşı operator işi” mükafatı “Sahə” filminin rejissoru İlqar Safata təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR