Bank Of Baku

Yuğ teatrında “Mühacirlər” əsərinin ictimai qiraəti və müzakirəsi keçiriləcək

Yuğ teatrında “Mühacirlər” əsərinin ictimai qiraəti və müzakirəsi keçiriləcək
# 08 iyun 2011 15:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. EURODRAM – Avropa teatr sahəsində tərcümə üzrə iş şəbəkəsi və MEO - Avropa və Şərq Evi beynəlxalq təşkilatları Avropanın müxtəlif ölkələrində pyeslərin ictimai qiraətini və müzakirəsini təşkil edir. Bu təşkilatlar Azərbaycanda da belə bir tədbirin keçirilməsi təklifi ilə çıxış ediblər. APA-nın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi bu təkliflə maraqlanıb və analoji tədbirin Azərbaycan teatr məkanından ötrü əhəmiyyətli olduğu qənaətinə gəlib.

Bu layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə iyunun 10-da Yuğ Dövlət Teatrında S. Mrojekin “Mühacirlər” pyesinin ictimai qiraəti və müzakirəsi keçiriləcək. Teatrın mətbuat xidməti Elçin Cəfərov bildirib ki, tədbirdə teatrşünaslar, rejissorlar, aktyorlar, dramaturqlar, teatr xadimləri və jurnalistlər iştirak edəcəklər: “Tədbirin məhz Yuğ Dövlət Teatrında keçirilməsi isə heç də təsadüfi deyil. Çünki bütün fəaliyyət müddəti ərzində Yuğ Teatrı dünya teatr məkanına inteqrasiya meylləri, yeniliklərə açıq olması, fərdi yaradıcılıq istiqaməti ilə seçilib. Dünya və Avropa teatr prosesinin mühüm tərkib hissələri olan ustad dərsləri, seminarlar, mühazirələr, forumlar, müzakirələr, disputlar və bu qəbildən olan digər tədbirlər Yuğ Teatrında kifayət qədər sıx keçirilir. Bu tipli tədbirlərin intensiv şəkildə həyata keçirilməsi milli teatr prosesinin inkişafından ötrü çox əhəmiyyətlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR