Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri GUAM ölkələrinin milli kulinariyası ilə bağlı xüsusi toplunun hazırlanmasını təklif edib

Azərbaycanın mədəniyyət və turizm naziri GUAM ölkələrinin milli kulinariyası ilə bağlı xüsusi toplunun hazırlanmasını təklif edib
# 02 iyun 2008 14:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev GUAM-a üzv ölkələrin milli kulinariyasına həsr olunmuş xüsusi toplunun hazırlanması təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, bu təklifi nazir Azərbaycanda səfərdə olan GUAM ölkələrinin yazıçı və şairləri ilə görüşündə səsləndirib: “Bütün dörd ölkənin kulinariyasını əks etdirən böyük bir toplunun hazırlanmasına ehtiyac duyulur. Fikrimcə, bu təklif tez bir zamanda həyata keçirilməlidir. Toplu ingilis dilində nəşr olunmalı və dünyanın bütün ölkələrinə yayılmalıdır. Bu layihənin gerçəkləşməsi Azərbaycan kulinariyasının mənimsənilməsinin qarşısının alınmasına da kömək edəcək. Bununla həm də Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna kulinariyasının daha geniş tanıdılmasına müvəffəq olacağıq”. Ə. Qarayev GUAM ölkələrinin yazıçı və şairlərinin əsərlərindən ibarət toplunun hazırlanmasının zəruriliyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR