Əbülfəs Qarayev Mərakeşin mədəniyyət naziri ilə görüşüb

Əbülfəs Qarayev Mərakeşin mədəniyyət naziri ilə görüşüb
# 09 iyun 2008 13:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeş Krallığının mədəniyyət naziri Turiyə Jabramla görüşüb. APA-nın məlumatına görə, qonaq “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçiriləcək konfransında iştirak etmək üçün Bakıya gəlib. O, iki ölkə arasında mədəni əlaqələrin daha yüksək səviyyəyə çatdırılacağını bildirib. T. Jabram 2009-cu ildə Azərbaycanda Mərakeşin Mədəniyyət Həftəsinin keçiriləcəyini söyləyib: “Biz Əbülfəs Qarayevlə mədəniyyət həftəsinin dəqiq vaxtını və proqramını müəyyənləşdirəcəyik. Üç gün müddətində Azərbaycanda olacaq və daha geniş bilgi toplamaq üçün Bakını gəzəcəyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR