Bank Of Baku

“Aşıq sənəti” və “Azərbaycan xalçaları” UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına təqdim olunub

“Aşıq sənəti” və “Azərbaycan xalçaları” UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına təqdim olunub
# 17 iyun 2008 08:33 (UTC +04:00)
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, iyunun 16-dan başlayan sessiyada konvensiyanın həyata keçirilməsi üçün qaydalar layihəsi, UNESCO-nun Qeyri-maddi Mədəni İrs Komitəsinə yeni üzvlərin və Qeyri-maddi Mədəni İrs Fonduna üzv-ölkələr tərəfindən ödəniləcək vahid töhfələrin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılacaq. Sessiyada Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva və Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, UNESCO eksperti Sənubər Bağırova iştirak edir. Sessiyada “Aşıq sənəti” və “Azərbaycan xalçaları” adlı obyektlərin Qeyri-maddi Mədəni İrs Siyahısına salınması ilə bağlı müzakirələr aparılacaq. Sessiya iyunun 19-da başa çatacaq.
Qeyd edək ki, 2003-cü ilin noyabrında Azərbaycan muğamı UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrsinin şah əsəri elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR