Bank Of Baku

Kazanda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Kazanda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
# 17 iyun 2008 13:11 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq. APA-nın Tatarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan-Tatarıstan hökumətlərarası komissiyanın Kazanda keçirilən 2-ci iclasında bu respublikanın mədəniyyət nazirinin müavini Zilya Valeyeva deyib. O bildirib ki, hazırda 2008-ci ildə Azərbaycanda Tatarıstan günlərinin, 2009-cu ildə isə Tatarıstanda Azərbaycan günlərinin keçirilməsi ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Azərbaycanın baş naziri Artur Rəsizadə hazırda Tatarıstan Respublikasında səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR