Bank Of Baku

Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib

Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib
# 17 iyun 2008 15:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl Mədəni iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsi, perspektivi barədə danışıblar. Hər iki nazir mədəni əlaqələrin inkişaf etdirilməsinin digər sahələrdə əməkdaşlığa müsbət təsir göstərəcəyini bildirib. Nazirlər bir-birlərinə hədiyyələr verib, tədbir Səudiyyə Ərəbistanı Krallığının musiqiçilərinin konserti ilə davam etdirilib.
Qeyd edək ki, iyunun 20-dək davam edəcək mədəniyyət günləri çərçivəsində konsertlər, sərgilər və tamaşalar nümayişi olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR