Bank Of Baku

Daimi nümayəndə: UNESCO-nun ölkələrə missiya göndərməsi məsələsində boşluqlar mövcuddur

Elman Abdullayev

© APA | Elman Abdullayev

# 10 dekabr 2025 16:55 (UTC +04:00)

UNESCO bir təşkilat kimi siyasiləşmə meyilləri səbəbindən konvensiyaların icrası zamanı müəyyən siyasi manipulyasiyalara məruz qalır.

APA xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu” çərçivəsində keçirilən “Mədəniyyətin Beynəlxalq Münasibətlər Sistemindəki Yeri” adlı paneldə deyib.

Diplomatın sözlərinə görə, UNESCO konvensiyalarında icra mexanizmləri ciddi şəkildə zəifdir və bəzi hallarda demək olar mövcud deyil: “Digər tərəfdən, qurum daxilində siyasiləşmə tendensiyasının artması müəyyən fəsadlara yol açır. UNESCO-nun ölkələrə missiya göndərməsi məsələsində boşluqlar mövcuddur”.

Elman Abdullayev əlavə edib ki, mədəni irs mövzusu siyasi məqsədlərdən tam kənar tutulmalı və birmənalı şəkildə humanitar xarakter daşımalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR