Dövlət Xidmətinin Bakı Regional Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub

Dövlət Xidmətinin Bakı Regional Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub
# 27 iyun 2024 13:34 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Xidmətinin əməkdaşı Emin İbrahimova həvalə olunub.

APA-nın sorğusuna cavab olaraq bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 13 mart 2023-cü il tarixindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Nazirliyin Təsviri sənət sektorunun müdiri Könül Cəfərovaya həvalə edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR