Bank Of Baku

Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olunub - FOTO

Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olunub - FOTO
# 20 avqust 2025 21:57 (UTC +04:00)

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti maestro Niyazinin doğum gününə həsr olunmuş konsert keçirilib.

APA xəbər verir ki, konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu altında Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dəstəyi ilə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Vasif Adıgözəlovun, Asəf Zeynallının və Maestro Niyazinin seçilmiş əsərləri ifa olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbir Niyazinin zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etmək məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR