Oktyabrın 31-də Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.
APA-nın məlumatına görə, təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və kino nümayəndələri iştirak ediblər.
44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb.
Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.
Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.
Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - Türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər.
"Fulya" filmi təqdim olunub - VİDEO
© APA | "Fulya" filmi
31 oktyabr 2021 15:52 (UTC +04:00)
Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024