Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb

Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb
# 04 oktyabr 2024 17:47 (UTC +04:00)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskiyə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb.

Bu barədə APA-ya Filarmoniyadan bildirilib.

Qeyd edilib ki, Filarmoniyanın Urban Mərkəzində baş tutan bağlanışda Xalq artisti Adil Bayramov (tar), Ülfət Əkbərovun(kamança) müşayiəti ilə solistlər Şirxan Cahangirov, Zəminə Mustafayevanın ifasında "Qarabağ", "Mahur təsnifləri", "Heyratı muğamı", "Güllü qafiyə", "Segah təsnifi" səsləndirilib.
Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsində əbədiyaşarlarımız Fikrət Əmirov, Qara Qarayev, Süleyman Ələsgərov, Cabbar Qaryağdıoğlu yad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR