Bank Of Baku

İƏT Mədəniyyət Festivalı günlərində 5 min ziyarətçinin iştirakı gözlənilir

İƏT Mədəniyyət Festivalı günlərində 5 min ziyarətçinin iştirakı gözlənilir
# 05 dekabr 2025 10:46 (UTC +04:00)

Bakıda İƏT Mədəniyyət Festivalı günlərində 5 min ziyarətçinin iştirakı gözlənilir.

APA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində təşkil edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bu festival ölkəmizin multikultural dəyərlərə göstərdiyi hörmətin nəticəsidir: “Tədbir zamanı 50 ölkədən 300-dən artıq nümayəndə bir araya gələcək. İƏT daxilində həmrəyliyin möhkəmlənməsinə imkan yaradılır. Bu festival vasitəsilə ölkəmizin gənc istedadlarını tanıdacağıq. Tədbir çərçivəsində panellər təşkil olunacaq, müxtəlif ölkələrin kino sahəsində çalışan mütəxəssisləri bir araya gələcək. Tədbirdə müxtəlif səpkili mədəni layihələrin təşkili planlaşdırılır. Ölkəmizin regionda yaradıcı mədəni ölkə kimi formalaşmasına şərait yaratmış oluruq. Bu tədbir yeni ideyaların, qlobal layihələrin birgə hazırlanmasına töhfə verəcək”.

Bu sahədə çalışan şirkətləri, təsisatları aktiv olmağa çağırırıq

Kino Agentliyinin baş direktoru Rəşad Əzizov isə bildirib ki, İƏT-in Mədəniyyət Festivalı çərçivəsində keçirilən tədbirlər geniş qrafiklə təşkil olunur.

"Bu sahədə çalışan şirkətləri və təsisatları aktiv olmağa çağırırıq. Prezident İlham Əliyevin siyasəti nəticəsində mədəni yaradıcı sənayelərin formalaşması mühüm addımdır. Son iki il ərzində bu sahədə böyük islahatlar aparılıb. Biz istəyirik ki, bu təcrübəni digər ölkələrlə də bölüşək. Burada yeni innovasiyalara xüsusi diqqət yetiriləcək.

Əsas tədbir Mədəni Yaradıcı Sənayelərin Təşkili Forumu olacaq və forum çərçivəsində kino sərgisi, həmçinin İƏT-ə daxil olan ölkələrin "Yaradıcı Kənd" sərgisinin təşkili nəzərdə tutulur. Bu tədbir böyük maraq doğurub, artıq digər ölkələrdən də Bakıya ziyarətçilər gəlir. Bir həftə ərzində çox zəngin proqram planlaşdırılır", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR