Bank Of Baku

Laçında Azərbaycan və MDB-yə üzv dövlətlərin iştirakı ilə dəyirmi masa keçirilib

Laçında Azərbaycan və MDB-yə üzv dövlətlərin iştirakı ilə dəyirmi masa keçirilib
# 03 iyun 2025 17:38 (UTC +04:00)

“Laçın – MDB ölkələrinin mədəniyyət paytaxtı 2025” çərçivəsində "Mədəniyyətlərarası əməkdaşlıq dayanıqlı inkişaf yolu kimi" mövzusunda dəyirmi masa təşkil olunub.

APA-nın Laçına ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbirdə 7 ölkənin mədəniyyət və elm nümayəndələri iştirak ediblər.

Dəyirmi masada müxtəlif ölkələr arasında mədəni əməkdaşlıq və mədəniyyətlərarası dialoqun əhəmiyyəti müzakirə olunub. Tədbirdə vurğulanıb ki, son 10 ildə Azərbaycan 6 ölkədə mədəniyyət mərkəzi açıb.

Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR