Bank Of Baku

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytı təqdim olunub 

Azad Cəfərli

© APA | Azad Cəfərli

# 22 oktyabr 2021 11:46 (UTC +04:00)

Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib ki, saytın yenilənməsində məqsəd istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır.

O, qeyd edib ki, sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək: "Bugünkü dövrdə məlumatların əlçatanlığının təmin edilməsi baxımından veb səhifəsinin yaranması vacib idi. Biz istəyirik ki, lazım olan məlumatların əlçatanlığın təmin edək. Bildiyiniz kimi işğaldan azad olunan ərazilərdə zəngin abidələrimiz vardır. Həmin abidələrlə bağlı görülən işlərin cəmiyyətə çatdırılması vacibdir. İrs.cov. az saytımız vətəndaşlarımız üçün onlayn mənbə kimi çıxış edəcək. Yeni saytımız həm texnoloji, həm də məzmun cəhətdən öncəki versiyadan fərqlənir və “Google”ın standartlarına əsasən hazırlanıb. Saytın yenilənməsində məqsəd istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR