Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib.
Bu barədə APA-ya nazirlikdən bildirilib.
Qeyd edilib ki, sentyabrın 27-də mədəniyyət nazirinin müavinləri, aparat rəhbəri, struktur bölmələrin əməkdaşları, nazirliyin tabeliyində fəaliyyət göstərən aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
Xatirə daşının önünə gül dəstələri qoyulub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiram bildirilib.