“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
# 17 iyun 2025 20:35 (UTC +04:00)

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, həmçinin Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi baş tutub.

APA xəbər verir ki, açılış mərasimi Heydər Əliyev Sarayında “Bayatı” konsert-tamaşası ilə reallaşıb.

Festivalda 25-dən çox ölkədən 50-dən artıq ifaçı, tədqiqatçı və qonaq iştirak edir.

Qeyd edək ki, 17–22 iyun tarixlərində keçiriləcək “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi Ağdamda təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR