Bank Of Baku

Nazirlik: Attestasiyadan kəsilən bəzi kitabxana işçilərinin ixtisasartırmaya cəlb olunması mümkündür

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov

© APA | Mədəniyyət nazirinin müavini Fərid Cəfərov

# 28 iyul 2026 12:29 (UTC +04:00)

"Attestasiya prosesində məqsəd həmkarlarımızın peşə hazırlığının yoxlanılmasıdır".

APA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı keçirilən brifinqdə bildirib.

O bildirib ki, hazırlığın qiymətləndirilməsi zamanı yalnız biliklərin yoxlanılması deyil, eyni zamanda hər hansı əlavə ixtisasartırmaya və ya əlavə təlimlərə ehtiyacın olub-olmaması da öyrənilir:

“Bu səbəbdən müəyyən hallarda bəzi kateqoriyadan olan attestasiya iştirakçılarının təlimə göndərilməsi və yaxud əlavə ixtisasartırmaya cəlb olunması mümkündür. Bütün bunlar, təbii ki, yekun statistikalar müəyyən edildikdən, Attestasiya Komissiyasının yekun rəyi və nəticələri elan olunduqdan sonra müəyyənləşdiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR