Bank Of Baku

Opera və Balet Teatrına 2 direktor müavini təyin olunub

Opera və Balet Teatrına 2 direktor müavini təyin olunub
# 04 aprel 2025 17:17 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına 2 direktor müavini təyin olunub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə mədəniyyət naziri Adil Kərimli bununla bağlı 2 əmr imzalayıb.

Müvafiq əmrə əsasən, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov vəzifəsindən azad olunub. O, digər əmrlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib.

Adil Kərimlinin başqa əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR