Bank Of Baku

Özbəkistanın mədəniyyət naziri: Bakı forumu beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbəyov

© APA | Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbəyov

# 27 oktyabr 2026 13:24 (UTC +04:00)

Bugünkü qlobal problemləri hansısa bir ölkənin təkbaşına həll etməsi çətindir.

APA xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbəyov deyib.

O bildirib ki, buna görə də beynəlxalq mədəni əməkdaşlığa olan yanaşma daha da genişləndirməlidir.

“Belə bir şəraitdə biz mühüm bir həqiqəti dərk etməliyik: bəşəriyyətin texnoloji tərəqqisi onun mənəvi tərəqqisindən təcrid olunmamalıdır. Süni intellekt dövrü dedikdə yalnız yeni kompüter proqramları və ya avtomatlaşdırılmış texnologiyalar başa düşülməməlidir. Bu, insanın bilik əldə etmək, informasiya yaratmaq, yaradıcılıqla məşğul olmaq, ünsiyyət qurmaq və dünyanı dərketmə üsullarının kökündən dəyişdiyi yeni dövrdür”, - özbək nazir vurğulayıb.

O qeyd edib ki, hansı texnologiyalar yaradılır-yaradılsın, dünya nə qədər dəyişir-dəyişsin, insanın sülhə, mərhəmətə, qarşılıqlı hörmətə və öz mədəni köklərinə olan ehtiyacı heç vaxt yox olmayacaq: “İnanıram ki, Bakı forumu məhz bu nəcib məqsəd yolunda beynəlxalq əməkdaşlığı dəqiq və birgə praktiki addımlara çevirmək üçün mühüm bir platforma kimi xidmət edəcəkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR