Bank Of Baku

UNESCO hökumətləri qadınların qərarvermə prosesində iştirakını genişləndirməyə çağırıb

UNESCO-nun Baş direktorunun müavini Asa Regner

© APA | UNESCO-nun Baş direktorunun müavini Asa Regner

# 27 oktyabr 2026 13:12 (UTC +04:00)

Mədəniyyət sektoru geniş mənada çox vaxt qadınların əməyi üzərində qurulur.

APA xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında UNESCO-nun Baş direktorunun müavini Asa Regner deyib.

O bildirib ki, bir çox ölkədə müəllimlərin, kitabxanaçıların və jurnalistlərin əhəmiyyətli hissəsini qadınlar təşkil edir: “Mədəniyyətlərarası dialoqun inkişafı, ictimai həyatda bərabər iştirakın təmin olunması və süni intellektin məsuliyyətli tətbiqi üçün qadınların və qızların hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Dünyada 133 milyon qız təhsildən kənarda qalır, Əfqanıstanda isə 2,4 milyon qız və gənc qadın təhsil almaq imkanından məhrumdur.

UNESCO-nun Baş direktorunun müavininin sözlərinə görə, UNESCO, BMT-nin Qadınlar üzrə qurumu və Beynəlxalq Jurnalistlər Mərkəzinin birgə apardığı 2026-cı il tədqiqatında iştirak edən qadın jurnalistlərin dörddə üçü onlayn zorakılıqla üzləşib.

Regner əlavə edib ki, qadınlar süni intellekt və rəqəmsal texnologiyalar sahəsində də qərarların qəbulunda yetərincə təmsil olunmurlar.

O bildirib ki, dünyada mövcud olan 138 milli süni intellekt strategiyasından yalnız 24-də gender məsələləri nəzərə alınıb. Qadınların texnologiyaların hazırlanması və qərarvermə proseslərində iştirak etməməsi bərabərsizliyin həmin sistemlərdə də möhkəmlənməsinə səbəb ola bilər.

UNESCO rəsmisi vurğulayıb ki, münaqişə və fəlakətlərdən sonra məktəblərin, mədəniyyət müəssisələrinin və icmaların bərpasına dair qərarlarda qadınların iştirakı təmin edilməlidir.

O, hökumətləri qadınların ictimai dialoqda və qərarvermə proseslərində iştirakını genişləndirməyə, gender bərabərliyinin təmin olunması üçün konkret mexanizmlər və nəticələrin ölçülməsi göstəriciləri müəyyənləşdirməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR