Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan tərəfindən musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsənilərək erməni mahnısı kimi təqdim edilib.
APA xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən bildirilib.
Qeyd edilib ki, Ovik Dəmirçyan mahnını "YouTube" platformasında yunan dilində “Hara gedir” adı altında yayıb.
Qeyd edilib ki, məsələ ilə bağlı Agentlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın "YouTube" platformasında yaydığı mahnı silinib.