Hazırda 3 abidənin bərpası gedir. Bunlar Xankəndi Dram teatrı, Lənkəran dairəvi qalası və Çıraqqaladır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bərpası bitən abidə isə Kiçik Mərdəkan qəsridir.
***
14:51
Ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri başa çatdırılıb, həmçinin abidə mülkiyyətçilərinin və ya istifadəçilərinin vəsaiti hesabına hazırlanmış 72 təmir-bərpa layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edilib.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır, daha 3 abidədə isə bərpa-konservasiya işlərinin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması prosesi davam etdirilir.