Bank Of Baku

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı çap olunub

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı çap olunub
# 13 may 2015 09:14 (UTC +04:00)

 

Bakı. Cavid Zeynallı - APA. “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı çap olunub. Dərginin baş redaktoru, tərcüməçi Seyfəddin Hüseynlinin APA-ya verdiyi məlumata görə, jurnal bütünlüklə rus ədəbiyyatına həsr edilib: “Dərgi rus ədəbiyyatının 1950-ci illərdən günümüzə qədər olan mühüm bir dövrünü əks etdirir. Oxuculara Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Varlam Şalamov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin, İlya Erenburq, Aleksandr Fadeyev, Fazil İskəndər, Viktoriya Tokareva, Sergey Dovlatov, Viktor Pelevin və bir çox başqa yazarların əsərləri təqdim edilir. Bu müəlliflər arasında əsərləri ana dilimizdə ilk dəfə nəşr olunanlar da az deyil. Dövrün ədəbi mənzərəsi barədə dərgidə iki analitik yazı, müəlliflərin bioqrafiyası barədə müfəssəl məlumat verilib. “Dünya ədəbiyyatı”nın bu sayında əhatə edilən dövrə aid illüstrativ materiallar - rəsm əsərləri, film və tamaşalardan fotokadrlar da var”.

 

S. Hüseynli əlavə edib ki, rus ədiblərinin əsərləri Anar, Xəlil Rza, Səyavuş Məmmədzadə, Aslan Qəhrəmanlı, Hüseynbala Mirələmov, Asif Hacıyev, Səlim Babullaoğlu, Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Qoca Xalid, Azad Yaşar, Seyfəddin Hüseynli, Qismət, Rəbiqə Nazimqızı, Mətanət Vahid, Nəcibə Bağırova, Şəfiqə Şəfa, Könül Həsənqulu, Günel Şamilqızı və Könül Nəhmətovanın tərcüməsində çap olunub.

 

“Dünya ədəbiyyatı” dərgisinin təqdimat mərasimi mayın 20-də saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR