Heydər Əliyev Sarayından APA-ya verilən məlumata görə, bu konsert Azərbaycanın xalq artisti, tanınmış xanəndə, professor Mənsum İbrahimov, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.
Hazırda “Gəncləşən Muğam-4” layihəsinin məşqləri gedir. Konsertdə yalnız Mənsum İbrahimovun deyil, digər ustad xanəndələrimizin tələbələri, müxtəlif yaş qruplarından olan tanınan-tanınmayan istedadlı gənc muğam ifaçıları iştirak edəcəklər. Gecədə səslənəcək ifaların hamısı duet şəklində olacaq. Bundan əlavə, konsertin sonunda xalq artisti Mənsum İbrahimov, bir musiqi nömrəsi ifa edəcək.
Muğam gecəsində muğam ifaçıları Arzu Əliyeva, Elşad Aydınoğlu, Aytən Məhərrəmova, Elnur Zeynalov, Səbinə Ərəbli, Mirələm Mirələmov, Günay İmamverdiyeva, Niyaməddin Babayev, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynli, Elgiz Əliyev, Cabir Həsənov, Fizzə Mirzəyeva, Gülay Zeynalova, Zeynal Əhmədov, Humay Məmmədova, Nəzər Bəylərov, Oksana Aslanova, Xəyalə Abdullayeva, Vüqar Musayev, Rəvanə Ərəbova, Ariz Hüseynov, Kamilə Babayeva, Hüseyn Məlikzadə, Valid Abdullayev, Səadət Cavadova, Səfər İdrisov, Səfa Məmmədov, Nuran Namazov, Tuqay İsmayılov, İntizam Qasımov, Ramiz Bayramov, Məhəbbət Səfərov, Vüsal Cəfərov, Mirpaşa Şükürov, Əli Hacızadə çıxış edəcəklər.
Xanəndələri tarda Rövşən Qurbanov, Nahid Məmmədov, Humay Qədimova, Rəşad İbrahimov, Rüstəm Müslümov, Altay Niftəliyev, Ədalət Behbudov, Səxavət Məmmədov, Maşallah İsgəndərov, Sənan Əliyev, Ruslan Həsənov, Tofiq Məmmədov, Elnur İbrahimov, Adil Əliyev, Mirhüseyn Əsədullayev, Orxan Abdullayev, kamançada isə Ceyhun Muradov, Sevinc Qədimova, Araz Ağaverdiyev, Təbriz Yusubov, Elnur Salahov, Elvin Novruzov , Pərviz Fərhadov, Niyaməddin Allahverdiyev, Qiyas Qurbanlı, Elvin İbalı, Elnur Salahov, Siruz Məmmədli, Hikmət Abdullayev və Cahandar Mikayılov müşaiyət edəcəklər. Fevralın 01-də gerçəkləşəcək proqramın rəhbəri xalq artisti Mənsum İbrahimovdur.
Konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb. “Gəncləşən muğam-4” layihəsinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Mədəniyyət” qəzetinə məxsusdur.