Bank Of Baku

Qəbələ VII Beynəlxalq Musiqi Festivalının ilk konserti olub - FOTO

 Qəbələ VII Beynəlxalq Musiqi Festivalının ilk konserti olub - <span style="color: red;">FOTO
# 25 iyul 2015 18:04 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, Heydər Əliyev adına Konqres Mərkəzində təşkil olunan Avstriyanın “Vayner Akademiya” kamera orkestrinin konserti böyük tamaşaçı marağına səbəb olub.

 

Konsertdə məlumat verilib ki, orkestr 1985-ci ildə Martin Heselbökun rəhbərliyi ilə yaradılıb. Orkestrin repertuarı çox geniş və rəngarəngdir. “Vayner Akademiya” kamera orkestri Jun-Tokusen və Due Disque Beynəlxalq Qran-Pri mükafatlarını qazanıb. Martin Heselbökun dirijorluq etdiyi konsertdə Avstriya bəstəkarları Yohan Haynrix Şmeltser  və Volfqanq Amadeus Motsartın, İtaliya bəstəkarları Giovanni Battista Sammartini və Antonio Vivaldinin əsərləri səsləndirilib.  Yerli və xarici tamaşaçılar qarşısında tanınmış musiqiçilər Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin), Volfram Fortin (viola), Martin Hasselbuk (orqan), Pavel Serbin (cello), Valter Bakunig (basso), Maykl Oman (blokfleyta) klassik əsərləri gözəl ifa etməklə onlara unudulmaz anlar yaşadıblar.

    

İyulun 25-də axşam saat 21:00-da isə Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Mərasimdən sonra İtaliya Simfonik Orkestrinin möhtəşəm konserti olacaq.

    

Qeyd edək ki, iyulun 31-dək davam edəcək festival çərçivəsində Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalın proqramına uyğun olaraq İtaliya Simfonik Orkestri, Rusiyanın “Moskva virtuozları” kamera orkestri, Avstriyanın Vayner Akademiyasının kamera ansamblı, İspaniyanın “Flamenko” ansamblı, Xorvatiyanın “Dubrovnik Guitar Trio” qrupu, eləcə də Ukrayna, İsrail və Almaniyadan olan məşhur musiqiçilərin, o cümlədən Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqalarının möhtəşəm konsertləri olacaq.

                                                           

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR