Bank Of Baku

Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi müsabiqəyə yekun vurulub

Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi müsabiqəyə yekun vurulub
# 05 may 2015 13:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi “Açıq Qapı” günü və “Ana” adlı aylıq müsabiqəyə yekun vurulub.

 

Birliyin sədri Mirnaib Həsənoğlunun APA-ya verdiyi məlumata görə, ötən müsabiqələrdən fərqli olaraq “Açıq qapı” toplantısında müsabiqəyə göndərilən işləri münsiflər heyəti yox, açıq səsvermə yolu ilə iştirakçılar seçiblər.

 

Səsvermədə üç müəllifin işi “Ayın fotosu” adına layiq görülüb.

 

Cavid Həşimov, Samir Qurbanov və Məhəmməd İsmayılovun müsabiqəyə təqdim etdiyi işlər açıq səsvermədə toplantı iştirakçıları tərəfindən qalib seçilib.

 

Qaliblərə diplom və müxtəlif hədiyyələr verilib.

 

M. Həsənoğlu qeyd edib ki, may ayında koordinatoru Gülər Abbasova təyin olunan “Qayğı” mövzusu Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR