Bank Of Baku

Azərbaycan Milli İncəsənət Muzeyi və Tbilisi Dövlət Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb - FOTOSESSİYA

Azərbaycan Milli İncəsənət Muzeyi və Tbilisi Dövlət Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 05 iyun 2015 09:46 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Gürcüstanda işgüzar səfərdə olub.

 

Muzeydən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Çingiz Fərzəliyev və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru Georgi Ququşvili arasında 5 illik qarşılıqlı razılıq əsasında memorandum imzalanıb. Memorandumda maarifçilik sahəsində akademik və mədəni mübadiləni inkişaf etdirmək, eyni zamanda mübadilə sərgiləri, birgə tədqiqat işlərinin aparılması, eksponatların atribusiyası kimi müddəalar əksini tapıb. 


Bu əməkdaşlıq Azərbaycan Milli İncəsənət Muzeyinin iki ölkə arasında mədəni əlaqələrinin inkişafı və genişləndirilməsi istiqamətində ilk addımı deyil. 2014-cü ilin noyabrın 18-də Azərbaycan və Gürcüstanın Milli İncəsənət muzeyləri arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Mədəni əlaqələrin inkişafının nəticəsi olaraq son illərdə Azərbaycan Milli İncəsənət Muzeyində geniş tamaşaçı kütləsinin marağına səbəb olan Mamuka Tsetskhldzenin “Şəhərlər”, Tamara Kvisitadzenin fərdi, habelə “Xətt və boya”, “Sevgi ilə Gürcüstandan” adlı sərgilər keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR