Bank Of Baku

Azərbaycan musiqiçiləri Beynəlxalq Delfi Oyunlarında mükafata və xüsusi diploma layiq görülüblər

Azərbaycan musiqiçiləri Beynəlxalq Delfi Oyunlarında mükafata və xüsusi diploma layiq görülüblər
# 09 may 2015 09:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiyanın Oryol şəhərində Qələbənin 70 illiyinə həsr olunmuş “MDB iştirakçısı dövlətlərinin gəncləri arasında X Beynəlxalq və Rusiyanın XIV Delfi Oyunları”  keçirilib.

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, oyunlarda incəsənətin müxtəlif sahələri üzrə 28 nominasiyada MDB iştirakçısı dövlətlərinin iki minə yaxın 10-25 yaşlarında uşaq və gənci, 130 nəfərdən çox münsiflər heyəti və qonaqlar iştirak edib.

 

Azərbaycanı tədbirdə 6 nominasiya üzrə Emil Əhmədzadə (fortepiano), Ləman Əsədova (skripka), Üzeyir Quliyev (estrada oxuma), Rza Xosrovzadə (akademik oxuma), Nicat Məsimov (balaban), Mustafa Kamal Eyyubov (balaban) və Sevinc Quliyeva (təsviri incəsənət) təmsil edib.

 

Nicat Məsimov xalq çalğı alətləri nominasiyasında ikinci yeri tutaraq gümüş medala və diploma, Emil Əhmədzadə (fortepiano) və Ləman Əsədova (skripka) xüsusi diploma layiq görülüblər.

 

Oryol şəhərinin ən böyük konsert salonunda keçirilən Delfi Oyunları qaliblərinin mükafatlandırılması mərasimində və qala konsertdə ikinci yerin qalibi Nicat Məsimovun Azərbaycanın milli aləti olan balabanda musiqi nömrəsi ifa edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR