Bank Of Baku

Azərbaycan Turin beynəlxalq kitab sərgisində “Xüsusi qonaq ölkə” statusunda təmsil olunur

Azərbaycan Turin beynəlxalq kitab sərgisində “Xüsusi qonaq ölkə” statusunda təmsil olunur
# 14 may 2015 15:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İtaliyanın Turin şəhərində beynəlxalq kitab sərgisi işə başlayıb.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycan “Xüsusi qonaq ölkə” statusunda təmsil olunur. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

 

Sərginin açılış mərasiminə İtaliya prezidenti Serco Mattarella, Piemonte əyalətinin rəhbəri S.Çhiamparino, Turin şəhərinin meri P.Fassino və digər yüksək vəzifəli rəsmilər qatılıblar.

 

Mərasimdə V. Əliyev və ölkəmizin nümayəndə heyətinin üzvləri iştirak ediblər.

 

Ekspozisiya zalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 50 kvadratmetr sahədə ölkəmizin stendi qurulub. Sərgidə 300-dən çox adda nəfis tərtibatlı kitablar, “Bakı-2015” I Avropa Oyunları, ölkəmizin turizm potensialı ilə bağlı çap məhsulları nümayiş olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR