Bank Of Baku

Azərbaycanda böyük mədəniyyət hadisəsi olan abidələr və iri şəhərlər haqqında silsilə qanunlar hazırlanacaq

Azərbaycanda böyük mədəniyyət hadisəsi olan abidələr və iri şəhərlər haqqında silsilə qanunlar hazırlanacaq
# 23 yanvar 2013 07:57 (UTC +04:00)

Bunu APA-ya Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. Onun sözlərinə görə, Qobustan, Bakı, Gəncə, Şəki, Naxçıvan haqqında qanunlar hazırlana bilər: “Dünyanın bir sıra ölkələrində böyük mədəniyyət mərkəzləri ilə bağlı belə qanunlar var. Azərbaycanda hazırlanacaq bu qanunlar mənəvi mədəniyyətin daşıyıcısı olan həmin şəhərlərin simasının saxlanması, mühitlərinin qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Qanunlarda tarixi şəhərlərin relyefinin, tikililərinin, sənətkarlıq ənənələrinin qorunması, dilalekt, şivə xüsusiyyətlərinin saxlanılması məsələləri öz əksini tapa bilər. O şəhəri özünəməxsus edən cəhətlər hansılardır, onları müəyyənləşdirmək və qorumaq lazımdır. Eyni zamanda hazırlanacaq qanunlarda həmin şəhərlərin müasirləşdirilməsi problemləri də əks olunmalıdır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR