Bank Of Baku

Azərbaycanda Türkiyə mədəniyyəti günləri keçiriləcək

Azərbaycanda Türkiyə mədəniyyəti günləri keçiriləcək
# 23 yanvar 2013 10:34 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Bu il Azərbaycanda Türkiyə mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Tədbirin aprel və ya may ayının sonunda gerçəkləşəcəyi gözlənilir. APA-nın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtım müşaviri Əhməd Seyyid Arslan mətbuat nümayəndələri ilə görüşündə məlumat verib.

 

Müşavir Türkiyədə turizmin müxtəlif növlərinin inkişafına böyük önəm verildiyini də deyib. O bildirib ki, qardaş ölkə turizmin Azərbaycanda inkişaf etdirilməsinə də töhfə verir. Azərbaycan Turizm İnstitutu və Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilən proqram çərçivəsində türkiyəli mütəxəssislər hotel xidməti ilə bağlı təcrübələrini bölüşüblər. Ötən il Türkiyə Bakıda keçirilən ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə tərəfdaş ölkə olaraq qatılıb. Bu il Türkiyə turizminin Azərbaycanda tanıtım kampaniyasına mart ayının 15-də start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR