Bank Of Baku

Azərbaycanda yaradıcı və peşəkar birliklərin maliyyələşməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçiriləcək

Azərbaycanda yaradıcı və peşəkar birliklərin maliyyələşməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçiriləcək
# 09 yanvar 2013 11:43 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda mədəniyyət sahəsində yaradıcı və peşəkar birliklər tərəfindən təqdim olunan layihələrin maliyyələşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

 

APA-nın məlumatına görə bu, Milli Məclisdə yenidən hazırlanaraq üçüncü oxunuşda yeni qəbul olunmuş “Mədəniyyət haqqında” qanun layihəsində öz əksini tapıb.

 

Yaradıcı şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaradıcılıq və peşəkar birliklər yarada bilərlər. Mədəniyyət sahəsində yaradıcı və peşəkar birliklərə üzvolma və üzvlükdən çıxarılma qaydaları həmin birliklərin Nizamnamələri ilə müəyyən edilir.

 

Parlamentin Mədəniyyət komitəsinin üzvü, deputat Leyla Abdullayeva APA-ya açıqlamasında bildirib ki, qanunda nəzərdə tutulan maliyyələşmənin dövlət tərəfindən təmin olunan hissəsi ancaq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçiriləcək: “Bunun üçün hansısa Şuranın və Fondun yaradılması nəzərdə tutulmur”. Onun sözlərinə görə, xeyriyyəçilik məqsədilə fəaliyyət göstərən birliklərə də dövlət müvafiq dəstəyi verəcək: “Qanunda şərt ondan ibarətdir ki, təqdim olunan layihələr Azərbaycanın mədəniyyət siyasəti ilə, mədəni irsin inkişafına dəstəklə üst-üstə düşsün. Qanun birliklərin xarici təşkilatlardan maliyyələşməsinə də icazə verir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR