Bank Of Baku

Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq

Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq
# 09 oktyabr 2015 07:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 31-də Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq. 

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyasından dəvət olunmuş proqram “Lasta-rika” adlanır və Bakıda ilk dəfə çıxış edəcək.

 

Məlumatda qeyd olunub ki, Bakı Dövlət Sirki ənənəsinə sadiq qalaraq, sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş etdiriləcək.

 

Proqrama “dəniz şirlərinin teatrı”, atlar, meymun və tutuquşular, hava gimnastları, motosikl, kordabalet, şən kloun və digər nömrələr daxildir.

 

“Lasta-rika” eksklüziv sirk-şousu noyabr sonlarına kimi Bakıda olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR