Bakı. Anaxanım Hidayətova - APA. Bu ilin may ayında Bakıda “Moldova mədəniyyəti günləri” keçiriləcək. Bu barədə APA-ya Moldovanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Tədbir Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının iclasında əldə olunmuş razılaşma əsasında baş tutacaq.