Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Bakıda Ukrayna Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq Ukraynanın 82 nəfərdən ibarət nümayəndə heyəti Bakıya gələcək.
Mədəniyyət Günləri çərçivəsində Ukraynanın aparıcı kollektivlərinin iştirakı ilə çoxsaylı konsertlərin, bir sıra sərgilərin, Ukrayna kinosu və mətbəxi həftəsinin keçiriləcəyi, Ukraynanın turizm potensialının təqdim ediləcəyi gözlənilir.
Tədbirlərin dəqiq vaxtı iki ölkənin mədəniyyət və turizm nazirlikləri arasında razılaşdırılacaq.