Bank Of Baku

Bayburtda Azərbaycan-Türkiyə qardaşlıq gecəsi keçirilib - FOTOSESSİYA

Bayburtda Azərbaycan-Türkiyə qardaşlıq gecəsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 iyul 2015 16:53 (UTC +04:00)

Bakı - APA. Beynəlxalq Dədə Qorqud Festivalı çərçivəsində Bayburtda, Beşpınarda BEKDER-in təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə "Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə qardaşlıq gecəsi" keçirilib. 
 

APA-nın məlumatına görə, tədbirin açılışında çıxış edən "SOCAR-Türkiyə" şirkətinin prezidenti Kənan Yavuz tariximiz, ədəbiyyatımız və mədəniyyətimizdən bəhs edərək gənc nəsilləri onlara daha çox sahib çıxmağa çağırıb. 
 

Millət vəkili Qənirə Paşayeva isə Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən söz açıb. O, yaxın günlərdə Azərbaycanda da “Qarabağdan Anadoluya Könül Körpüsü” layihəsi çərçivəsində Bayburt gecəsinin keçiriləcəyini deyib və hər kəsi həmin tədbirə dəvət edib: "İnşallah, bu cür gözəl tədbirlərimizi birlik və bərabərlik içərisində Ermənistanın işğalından azad edəcəyimiz Xankəndimiz, Şuşamız, Xocalımız və bütün o gözəl torpaqlarımızda da yaxın zamanlarda qeyd edək". 
 

Sonra çıxış edən BEKDER təmsilçiləri, azərbaycanlı alim Abbas Seyidov bu cür tədbirlərin keçirilməsinin önəmindən danışıblar və tədbirin təşkilatçılarına Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və folkloru ilə bağlı hədiyyələr və kitabları hədiyyə ediblər. Tədbir böyük konsert proqramı ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR