Bank Of Baku

Beynəlxalq Muğam Mərkəzində VII Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində VII Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək
# 21 oktyabr 2015 09:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Beynəlxalq Muğam Mərkəzində VII Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ənənəvi festival “Kainat” Gənclik Mərkəzi tərəfindən Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, “PAŞA Bank”ın baş sponsorluğu ilə təşkil olunacaq. 

 

Musiqi yarışmasında səkkiz ölkənin - Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə təmsilçiləri bir araya gələcək.

 

Gənc muğam ifaçılarının çıxışları xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), həvəsləndirici və xüsusi mükafatlar nəzərdə tutulub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR