Bank Of Baku

Əbülfəs Qarayev ISESCO-nun İcraiyyə Şurasının tədbiri ilə bağlı iclas keçirib

Əbülfəs Qarayev ISESCO-nun İcraiyyə Şurasının tədbiri ilə bağlı iclas keçirib
# 08 oktyabr 2015 14:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə ISESCO-nun XII Baş konfransı və İcraiyyə Şurasının tədbirinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası keçirilib.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclas zamanı tədbirin keçiriləcəyi məkan, iştirakçıların sayı, iştirakçıların yerləşdiriləcəyi mehmanxanalar, qonaqlar üçün təklif olunacaq mədəni proqram, tədbirin texniki təchizatı və ümumilikdə hazırlıqla əlaqədar digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

Qeyd edilib ki, nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizlə islam ölkələri və nüfuzlu təşkilatlarla mövcud olan sıx əməkdaşlığın və dövlətimizə göstərilən yüksək etimadın nəticəsidir. 

 

Nazir vurğulayıb ki, prezident İlham Əliyev islam dünyası ilə münasibətlərin inkişafına böyük önəm verir və konfrans əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR