Bank Of Baku

Əbülfəs Qarayev mədəniyyət və turizm idarələrinin rəhbərləri ilə görüşüb

Əbülfəs Qarayev mədəniyyət və turizm idarələrinin rəhbərləri ilə görüşüb
# 01 may 2015 18:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin şəhər və rayon mədəniyyət və turizm idarələrinin rəhbərləri, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyət göstərən abidə mühafizəçiləri ilə görüşü keçirilib.

 

APA-nın məlumatına görə, Ə.Qarayev bildirib ki, tarixi-mədəni irsin qorunmasına səlahiyyətli insanların üzərinə vacib vəzifələr düşür.

 

Nazir qeyd edib ki, ölkə başçısının fərmanı ilə Mədəniyyət və turizm nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb: “Bu qurumun əsas vəzifəsi Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irsi qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Bu gün bizim müasirləşmək, qlobal dünyaya inteqrasiya etmək, beynəlxalq təcrübəyə yiyələnmək istiqamətlərində həyata keçirdiyimiz işlər həm də xalqımıza xas olan böyük bir mirasın, tarixi keçmişimizin qorunmasına yönəlməlidir”

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Mədəniyyət və turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov, nazirliyin tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin müdiri Rüfət Nuriyev, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli respublika ərazisindəki tarix-mədəniyyət abidələrinin mühafizəsi istiqamətində görüləsi işlərdən, qarşıya çıxan problemlərdən danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR