Bank Of Baku

Fransanın Miluz şəhərində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib

Fransanın Miluz şəhərində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib
# 06 fevral 2013 14:44 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Parisdəki səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Fransada keçirilən Azərbaycan Günləri çərçivəsində Miluz şəhərinin "Sin" teatrında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, konsertdən əvvəl çıxış edən Miluz şəhərin meri Jan Rottner iki ölkə arasında əməkdaşlığın inkişafında və xalqların yaxınlaşmasında belə mədəni tədbirlərin xüsusi rolunu diqqətə çatdırıb, konsertdə səslənəcək muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini xatırladıb. 


Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Azərbaycan günlərinin artıq Fransanın bir neçə şəhərində keçirildiyini qeyd edib. Səfir deyib ki, budəfəki konsertdə səslənəcək muğam musiqisi Azərbaycan xalqının milli yaradıcılıq ənənələrinə sadiqliyindən xəbər verir.
 

Proqramda Azərbaycan incəsənət ustalarının ifasında xalq musiqisi və bəstəkarların əsərləri səslənib. Miluz şəhərinin sakinləri konsertdən böyük zövq aldıqlarını vurğulayıblar. “Etiraf edim ki, mənim Azərbaycan barəsində heç bir məlumatım yox idi. Məhz bu konsert sayəsində ölkənizi kəşf etdim, onun zəngin mədəniyyətinə, musiqisinə heyran oldum. Canlı və şən musiqi sədaları, müğənnilərin milli geyimdə çıxışları bizim üçün əsl hədiyyə idi”, - deyə şəhər sakini Nataşa Kranz bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR