Bakı. Cavid Zeynallı – APA. Gənc Tamaşaçılar Teatrında Şri-Lankanın mədəniyyət naziri Nandimithra Ekanayake ilə görüş keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrının direktoru, əməkdar artisti Mübariz Həmidovla N. Ekanayake arasında baş tutan görüşdə bir sıra yaradıcılıq məsələləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan məsələlər müzakirə olunub.
Nazir teatrın kollektivini gələn il keçiriləcək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalına dəvət edib.
Görüşdən sonra teatrla tanış olan qonaq Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanan “Xeyir və Şər” tamaşasını izləyib.