Bank Of Baku

Hökumət Evindən çıxarılan Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni ofis üçün müraciət edəcək

Hökumət Evindən çıxarılan Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni ofis üçün müraciət edəcək
# 24 yanvar 2013 09:12 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova-APA. Ötən gün Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə Hökumət Evindən çıxarılan Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni məkan üçün müraciət edəcək. Bu barədə APA-ya ittifaqın təşkilatı katibi Əsəd Əsədov məlumat verib. O bildirib ki, hazırda ittifaq ofissiz qalıb və bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyi düşünürlər: “İttifaqın sədri Rüstəm İbrahimbəyovdur. Hazırda Bakıda olmadığı üçün onu gözləyirik. Yəqin ki, bu müraciət olunacaq”.

 

Qeyd edək ki, yanvarın 23-də Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı fəaliyyət göstərdiyi Hökumət Evindən çıxarılıb. Qurumun avadanlığını müvəqqəti olaraq anbarda saxlanılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR