Bank Of Baku

İki Azərbaycan filmi Avstriyada mükafata layiq görülüb

İki Azərbaycan filmi Avstriyada mükafata layiq görülüb
# 12 oktyabr 2015 07:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” bədii filmi Avstriyada LET’S CEE Beynəlxalq Film Festivalında nümayiş olunub. APA-nın məlumatına görə, nümayişlərdə filmlərin yaradıcı heyəti iştirak edib. 

 

Festivalın yekununda Nabat rolunun ifaçısı Fatima Motamed-Arya “Ən yaxşı baş rol ifaçısı“ nominasiyasında qalib elan olunub. Asif Rüstəmovun müəllifi olduğu “Axınla aşağı” filmi isə “Ən ümidverici debüt” nominasiyasında fəxri mükafata layiq görülüb.

 

Qeyd edək ki, oktyabrın 8-də A. Rüstəmovun "Axınla aşağı" filminin Avstriyada premyerası keçirilmişdi. Hər il Mərkəzi və Şərqi Avropanın yüksək bədii təsviri ilə seçilən filmlərinin yer aldığı festival oktyabrın 11-də başa çatıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR