Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi “Elektron hökumət” portalına yeni xidmətləri inteqrasiya edib

Mədəniyyət və Turizm Nazirliyi “Elektron hökumət” portalına yeni xidmətləri inteqrasiya edib
# 12 oktyabr 2015 14:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi “Elektron hökumət” portalına yeni xidmətləri inteqrasiya edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu barədə nazirliyin aparat rəhbəri Rafiq Bayramov bildirib.

 

Mədəniyyət və Turizm Nazirliyinin e-xidmətlər portalında 2011-2012-ci ildən başlayaraq 6 elektron xidmət əhalinin istifadəsinə verib.

 

Onlardan 2-i Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilib. 2015-ci ildə Nazirlik 3 yeni xidməti öz resurslarında yerləşdirib.

 

Hazırda nazirlik 10 elektron xidmət təqdim edir. Bununla yanaşı, “Açıq hökumət” məlumat portalına nazirlik tərəfindən 8 servis əlavə olunub. Həmçinin nazirlik “Elektron hökumət” portalı vasitəsi ilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışların verilməsini də təmin edib.

 

Aparat rəhbəri qeyd edib ki, bu ilin sentyabr ayı ərzində dövlət qurumu tərəfindən 9-dan artıq elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.

 

Qeyd edək ki, dövlət qurumları arasında ilk olaraq Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının qərarına əsasən lisenziyalarla bağlı müraciətlər 2012-ci ildən onlayn qəbul edilir və lisenziyalar haqda məlumatlar elektron formada təqdim olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR