Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə Nazirliyin "Fəxri mədəniyyət işçisi" və "Fəxri turizm işçisi" döş nişanları haqqında Əsasnamə təsdiq edilib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, kollegiyanın qərarına görə yuxarıda qeyd olunan döş nişanlarının verilməsi üzrə 11 nəfərdən ibarət komissiya yaradılıb.
Nişanlar ildə altı dəfə: 30 yanvar - Mədəniyyət və Turizm Nazirliyinin yaradılması günü, 10 mart - Millli Teatr Günü, 28 may - Respublika Günü, 18 sentyabr - Milli Musiqi Günü, 27 sentyabr - Ümumdünya Turizm Günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə təqdim ediləcək.