Bank Of Baku

Müəllif Hüquqları Agentliyi: Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan MDB-də liderliyini təsdiq edib

Müəllif Hüquqları Agentliyi: Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan MDB-də liderliyini təsdiq edib
# 01 oktyabr 2015 14:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dünya İqtisadi Forumunun yaydığı 2015-2016-cı illər üçün Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan 140 ölkə arasında 40-cı yeri tutmaqla ötən illərdə olduğu kimi MDB məkanında özünün liderliyini təsdiq edib. 

 

Müəllif Hüquqları Agentliyindən APA-ya verilən məlumata görə, “İnstitutlar” indeksaltında sütununda statusunun bir qədər aşağı – 92-ci yerə düşməsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazda liderlik edir, bütövlükdə isə MDB ölkələri arasında Rusiya ilə Ukraynanı qabaqlayaraq ilk üçlüyə daxildir.

 

Əqli mülkiyyətin qorunması ilə sıx bağlı olan “İnnovasiyalar” indeksaltında  (sütununda) Azərbaycan 61-ci yeri tutur, Cənubi Qafqazda liderlik edir və MDB çərçivəsində yalnız Ukraynadan geri qalır.

 

Qlobal Rəqabətqabiliyyətlilik İndeksinin məlumatlarının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) bir neçə elmi strukturlarla birgə hazırladığı 2015-ci il üzrə əvvəllər yayımlanmış məlumatları ilə müqayisəsindən görünür ki, müəlliflik hüququnun qorunmasının  mühüm indikatoru olan və müəlliflik hüququ ilə qorunan kreativ industriyanın əsasını təşkil edən “Yaradıcı (kreativ) məhsullar və qulluqlar” fəslində əks olunmuş parametrlərə görə, Azərbaycan 144 ölkə arasında 68-ci yeri tutur və bununla MDB ölkələrinin liderlərindən biri olaraq, Rusiyanı 10 bənd, Qazaxıstanı 18 bənd, Ukraynanı 19 bənd qabaqlayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR